ABŞ Rusiyaya qarşı sanksiyaların bəzisini ləğv edib. Bunu ABŞ Maliyyə Nazirliyi təsdiqləyib.
Rusiya ilə kənd təsərrüfatı, energetika, tibb sahələrində, o cümlədən koronavirusla mübarizə, tranzit uçuşlar, eləcə də qeyri-hökumət təşkilatlarının işinə təsir edən əməliyyatlarla bağlı sanksiyalar aradan qaldırılıb.
O cümlədən, ABŞ “Qazprom”un keçmiş törəmə şirkəti “Gazprom Germania GmbH”, eləcə də “Alfa-Bank”ın Qazaxıstandakı törəmə müəssisəsini sanksiyalar siyahısından çıxarıb.
Əməliyyatlar "SEFE Securing Energy for Europe GmbH" ilə dekabrın 16-dək aparıla bilər.
Əvvəllər məhdudlaşdırılmış müəssisə ilə müəyyən qarşılıqlı fəaliyyətə icazə verən oxşar lisenziya 2022-ci ilin may ayına qədər etibarlı idi.
Alfa-Bank-ın Qazaxıstandakı törəmə şirkəti – “SC Alfa Bank” da sanksiyalar siyahısından çıxarılıb.