Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Milli bayram münasibətilə Fransa prezidenti Emmanuel Makrona təbrik məktubu göndərib. Məktubda deyilir ki, Ermənistan min illik tarixə malik erməni-fransız təmaslarına, o cümlədən möhkəm sivilizasiya və dəyərlərə söykənən Fransa ilə imtiyazlı dostluğu yüksək qiymətləndiririk.
“Bu kontekstdə biz ötən ilin dekabrında imzalanmış Ermənistan-Fransa iqtisadi əməkdaşlığının 2021-2026-cı illər üçün yol xəritəsinin müddəalarının həyata keçirilməsini xüsusi vurğulayırıq.
Ermənistan Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi rolunu və onun Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizamlanması və ədalətli həlli prosesində iştirakını yüksək qiymətləndirir. Bununla əlaqədar, mən Ermənistanın bu münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün qətiyyətli öhdəliyini bir daha təsdiq edirəm.
Bu əziz bayram münasibətilə Fransanı bir daha təbrik edərək, mən özümü və erməni xalqının Sizi yaxın gələcəkdə Ermənistanda dövlət səfərində qəbul etmək istəyini bir daha təsdiq edirəm”,- deyə Nikol Paşinyanq eyd etdi.