Rusiya Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesini hər zaman dəstəkləyir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Biz Ermənistan-Türkiyə dialoquna bundan sonra da hər cür kömək etməyə hazırıq. Bu, regionun maraqlarına, sabitliyinə və iqtisadi rifahına cavab verir”, -Rusiya XİN sözçüsü bildirib.
Zaxarova xatırladıb ki, Rusiya təkcə 2022-ci ildə deyil, hər zaman Yerevanla Ankara arasında münasibətlərin normallaşmasına töhfə verib.