Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
Görüşdə Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Andrea Viktorin də iştirak edib.
Baş nazir Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin regionda qarşılıqlı anlaşmanın və sabitliyin möhkəmləndirilməsi istiqamətində səylərini yüksək qiymətləndirib.
Tərəflər Cənubi Qafqaz regionunda gedən proseslər, Dağlıq Qarabağ ətrafındakı vəziyyət, sülhün və sabitliyin təmin olunmasına yönəlmiş addımlara toxunublar.
Görüşdə xüsusilə, Soçidə Rusiya Federasiyası Prezidentinin və Brüsseldə Avropa Şurasının Prezidentinin vasitəçiliyi ilə keçirilmiş üçtərəfli görüşlərin nəticələri və əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycanın nəzarəti altında olan ərazilərdə erməni mədəni irsinin qorunmasına beynəlxalq ictimaiyyətin ardıcıl diqqəti, bir çox erməni mədəni irsinin məhv edilməsi hallarını nəzərə alaraq xüsusilə də YUNESKO missiyasının və beynəlxalq humanitar təşkilatların Dağlıq Qarabağ münaqişəsi zonasına çıxışının təmin edilməsinə əhəmiyyət verilib.
Tərəflər Ermənistan-Türkiyə münasibətlərinə də toxunublar.