İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian qeyd etdi ki, İran ilk gündən Ukrayna müharibəsi ilə bağlı aşkar mövqe nümayiş etdirib:
“Rusiyanın Ukraynaya hücumunun əleyhinəyik. İlk gündən çalışdıq ki, müharibəni dayandıraq və tərəflər arasında siyasi danışıqları başladaq. İndiyədək 3 dəfə Ukrayna XİN başçısı və dəfələrlə Rusiya XİN başçısı ilə bu barədə danışıqlar aparmışıq”.
Hüseyn Əmir-Abdullahian qeyd edib ki, Ukrayna böhranının həll yolu müharibə deyil, müzakirədir.
Hüseyn Əmir-Abdullahian İranın Rusiyaya PUA-lar verməsi ilə bağlı məsələyə toxunaraq, bu məlumatı təkzib etdi.
“Biz münaqişənin alovlanmasına səbəb olacaq hər bir addımdan çəkinirik və müharibəni dayandırmaq üçün çalışacağıq”.