ER prezidenti Vahaqn Xaçaturyan Edvard Asryanın Ermənistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.
“Baş nazirin təklifi əsasında Konstitusiyanın 155-ci maddəsinin 3-cü hissəsinə, habelə “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanunun 35.1-ci maddəsinin 1-ci hissəsinə və 36-cı maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə uyğun olaraq ;
Edvard Asryan beş il müddətinə Ermənistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edilib”, - deyə prezidentin sərəncamında bildirilir.