Avropa İttifaqı (Aİ) Rusiyadan asıllığı azaltmaq üçün Azərbaycanla qeyd-şərtsiz qaz idxalı sazişi imzalamağa hazırlaşır. Bu barədə "EUobserver" bildirir.
Layihədə bildirilir ki, Aİ və Azərbaycan arasında “strateji tərəfdaşlıq Xəzər təbii qazının Avropa İttifaqına və ola bilsin ki, Qərbi Balkan ölkələrinə tədarükünü diversifikasiyanı artırmasını” nəzərdə tutur.
Söhbət 2027-ci ilə qədər kommersiya məqsədəuyğunluğu və bazara tələblərinə uyğun olaraq hər il ən azı 20 milyard kubmetr qaz təchizatından gedir. Bu, Cənub Qaz Dəhlizinin boru kəmərləri şəbəkəsinin genişləndirilməsinə əhəmiyyətli sərmayənin yatırılmasını nəzərdə tutur.
Sənəddə “Azərbaycan və Ermənistan arasında dondurulmuş münaqişə”dən də bəhs edilib. Nəşrin məlumatına görə, “Tərəflər bir-birinin ərazi bütövlüyünü və sərhədlərin toxunulmazlığını dəstəklədiklərini bildiriblər”.