Azərbaycanın nəzarəti altına keçmiş Crakan (Cəbrayıl) bölgəsində "Azərsun Holdinq"ə məxsus nəqliyyat vasitəsi minaya düşüb. Bu barədə ANAMA-dan məlumat verilib.
Qeyd olunur ki, “Azərsun Holdinq" MMC şirkətinə məxsus yükdaşıma nəqliyyat vasitəsi TM 62 P tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində xəsarət alan sürücü - 1996-cı il təvəllüdlü İmişli rayon sakini Məmmədov Şamil Fərahim oğlu ağır xəsarət alıb.