İyulun 13-də Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb. Bu barədə məlumatı Ermənistan Respublikası Təhlükəsizlik Şurasının Ofisi məlumat yayıb.
Görüşdə Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, fövqəladə və səlahiyyətli səfir Andrea Viktorin də iştirak edib.
Görüş zamanı həmsöhbətlər Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına yönəlmiş Brüssel prosesini, eləcə də görüşlər nəticəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsini müzakirə ediblər.