Şri-Lanka Prezidenti Qotabaya Racapaksa parlamentin spikerinə Ranil Vikramasinqhenin Baş nazir təyin olunduğunu bildirib.
Bu barədə parlamentin spikeri Mahinda Yapa Abeivarden deyib.
O, Konstitusiyanın 37-ci maddəsinə uyğun olaraq, Prezidentin Ranil Vikramasinqheni Baş nazir təyin etdiyini vurğulayıb.
Qeyd edək ki, ötən gün Şri-Lanka Prezidenti Qotabaya Racapaksa istefa sənədini imzalayıb.