ABŞ Dövlət Departamenti Ermənistan-Türkiyə liderləri arasında baş tutan telefon danışığına və ölkələr arasında davam edən dialoqa münasibət bildirərək “Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına” dəstəyini ifadə edib.
“ABŞ Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını dəstəkləyir, çünki bu, bütün regiona müsbət təsir göstərəcək. Ermənistan-Türkiyə dialoqu regional sabitliyi artırmaq, mənfi təsirləri cilovlamaq və hamı üçün faydalı olan daha böyük iqtisadi inkişafa gətirib çıxarmaq potensialına malikdir. Ukraynada baş verən müharibənin fonunda bu xüsusilə vacibdir. Birləşmiş Ştatlar hər iki tərəfin lazım bildiyi kimi bu mühüm dialoqu dəstəkləməyə hazırdır” ,-deyə “Amerikanın səsi”nin sorğusuna cavab olaraq ABŞ Dövlət Departamentinin mətbuat xidməti bildirib.