Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya dövlət başçısı Vladimir Putin və İran Prezidenti İbrahim Rəisinin üçtərəfli görüşünün təxmini gündəliyi açıqlanıb. Məlumatı “Hurriyet” yayıb.
Bildirilib ki, Türkiyə, Rusiya və İran təminatçı ölkələr olaraq Suriyadakı vəziyyət, o cümlədən bu ölkənin yeni Konstitusiyasının hazırlanması və siyasi problemin həlli prosesini müzakirə ediləcək.
Məlumata görə, Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında ikitərəfli görüşdə Suriyanın şimalında Türkiyənin keçiriləcəyi “antiterror əməliyyatına” dair məsələsində gündəliyə gələcəyi gözlənilir.
Sammitdə Rusiya-Ukrayna savaşı ilə yanaşı, enerji və ərzaq böhranı da müzakirə ediləcək.
Qeyd edək ki, bu, prezident olandan sonra İbrahim Rəisinin ilk üçtərəfli zirvə toplantısı olacaq.
Xatırladaq ki, Türkiyə, Rusiya və İran prezidentləri iyulun 19-da Tehranda görüşəcək.