İyunun 13-də Azərbaycanda İkinci Qarabağ müharibəsi iştirakçılarının bir qrupu parlamentin binasına gəlib. Onlar hüquqlarının təmin olunması və hökumətin müharibə iştirakçılarına dair qərarlarının həyata keçirilməsi üçün deputatlarla görüş tələb ediblər. Bu barədə “Turan” agentliyi məlumat yayıb.
Onlar jurnalistlərlə söhbət zamanı hakimiyyəti müharibə iştirakçıları arasında intihar hallarının artması ilə bağlı lazımi tədbirlər görməyə çağırıblar.
Tətil səbəbilə deputatlar olmadığına görə müharibə iştirakçıları Prezident Administrasiyasına gediblər. Onların bir hissəsini administrasiyada qəbul ediblər.