ABŞ səlahiyyətliləri guman edirlər ki, İran Rusiyaya çox sayda pilotsuz uçuş aparatları vermək niyyətindədir.
Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirdi.
"Əldə etdiyimiz məlumata görə, İran hakimiyyəti qısa müddətdə bir neçə yüzə qədər pilotsuz uçuş aparatı, o cümlədən silah daşıya bilən aparatlar verməyə hazırlaşır", - deyə C.Sallivan bildirib.