Türkiyə ermənilərinin patriarxı Sahak Maşalyan Ermənistanın Baş naziri Nikol Paşinyanla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın telefon danışığına münasibət bildirib.
“Türkiyə prezidenti Ərdoğanla Ermənistanın baş naziri Paşinyan arasında telefon danışığı müharibə xəbərləri ilə pərişan olan dünyamız üçün sülh ümidlərimizi işıqlandıran bayram hədiyyəsi oldu”,-deyə o, “Twitter” səhifəsində yazıb.