ABŞ və NATO Kanadada nüvə, kimyəvi və bioloji silahlardan qorunmaq üçün müdafiə təlimləri keçirəcək.
Bu barədə “The Defence Post” məlumat yayıb.
Təlimdə ABŞ və Kanada hərbçiləri ilə yanaşı, Avstriya, Belçika, Çexiya, Danimarka, Fransa, Almaniya, İtaliya, Niderland, Norveç, Slovakiya və Böyük Britaniyadan olan hərbçilər də iştirak edəcək.
Pentaqon hesab edir ki, manevrlər əsgərlərə çətin şəraitdə öz imkanlarını sınamağa kömək edəcək. Xüsusilə, materiallardan nümunələrin götürülməsi, onların təhlilinin aparılması və potensial təhlükələrin müəyyən edilməsi üçün texnologiyalar hazırlanacaq.