ER-nin baş naziri Nikol Paşinyan ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Ermənistanın baş naziri Türkiyə prezidentini Qurban bayramı, Türkiyə prezidenti isə Ermənistanın baş nazirini qarşıdan gələn Vardavar bayramı münasibətilə təbrik edib.
Liderlər ölkələri arasında münasibətlərin ikitərəfli normallaşması prosesinin vacibliyini vurğulayıblar, bunun regionda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verəcəyi qeyd edilib.
Bu kontekstdə, 1 iyulda ölkələrinin xüsusi nümayəndələrinin görüşündə əldə olunan razılaşmalarin tezliklə həyata keçiriləcəyinə dair gözləntilərini bildiriblər.