Baş nazir Nikol Paşinyan Ruanda Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Vinsent Birutanı və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Baş nazir Beynəlxalq Frankofoniya Təşkilatı çərçivəsində Ermənistan-Ruanda əməkdaşlığını yüksək qiymətləndirib və bunun ikitərəfli münasibətlərin inkişafına da təkan verəcəyinə ümidvar olduğunu bildirib.
Vinsent Biruta qonaqpərvərliyə görə təşəkkür edib, Ruanda prezidentinin səmimi salamlarını və xoş arzularını Baş nazir Paşinyana çatdırıb. O, ER XİN həmkarları ilə aparılan müzakirələri səmərəli qiymətləndirib və Ruandanın Ermənistanla həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.
Həmsöhbətlər Beynəlxalq Frankofoniya Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətin gündəliyi ilə bağlı, ikitərəfli ticarət-iqtisadi əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar. Bu baxımdan turizm sahəsi maraqlı hesab edilib.
Baş nazir onun salamlarını Ruanda Prezidenti Pol Kaqameyə çatdırmağı xahiş edib.