Şri-Lankanın paytaxtı Kolomboda etirazçılar ölkə prezidenti Qotabaya Racapakasanın iqamətgahına daxil olublar. Bu barədə "Frans-Press" agentliyi bildirir.
Dövlət başçısı etirazçıların əraziyə daxil olmasından qısa müddət əvvəl iqamətgahı tərk edə bilib. Hazırda onun yeri barədə məlumat verilmir.
Qeyd edək ki, Şri-Lankada sakinlər uzun müddətdir ki, ölkədə kəskin inflyasiyaya etiraz edir.