Ermənistan və İsveçin xarici işlər nazirləri Ermənistan Respublikası ilə İsveç Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə mesaj mübadiləsi aparıblar.
ER xarici işlər naziri Ararat Mirzoyan öz müraciətində xüsusi olaraq qeyd edib ki, Ermənistan və İsveç ikitərəfli münasibətlərin zəngin gündəmini formalaşdırıb və Ermənistanın ikitərəfli əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bir daha təsdiqləyib.
Nazir Mirzoyan vurğulayıb ki, Ermənistan-İsveç əməkdaşlığına İsveçin Ermənistanın islahatlar gündəliyinə dəstəyi sayəsində yeni təkan verilib.
Tərəfdaşını təbrik edən İsveçin xarici işlər naziri Ann Linde mesajında qeyd edib ki, münasibətlərin qurulmasının 30 illiyi iki ölkə arasında formalaşmış dostluq və tərəfdaşlıq münasibətlərini dəyərləndirmək üçün yaxşı fürsətdir.
Nazir Linde ikitərəfli münasibətləri daha da inkişaf etdirməyə hazır olduğunu bildirib.