İyulun 5-6-da Londonda Din və Etiqad Azadlığı üzrə Beynəlxalq Nazirlər Konfransı keçirilib. Bu barədə ER Böyük Britaniyadakı səfirliyinin “Facebook” səhifəsində deyilir.
Konfransda Ermənistanı Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Varujan Nersesyan təmsil edib.
Səfir Nersesyan çıxışında Ermənistanın demokratik dəyərlərə, insan hüquqlarına, o cümlədən inanc və din azadlığına sadiqliyini bir daha təsdiqləyib.
Yaxın Şərqdə xristianların çətin vəziyyətinə toxunan səfir regionda xristianlığın tarixi mövcudluğunun qorunması və bərpasının zəruriliyini vurğulamış, həmçinin Ermənistanın həmin min illik irsin bərpası və qorunub saxlanması istiqamətində ardıcıl səylərini təqdim etmişdir.
Səfir Nersesyan Dağlıq Qarabağda erməni mədəni və dini irsinin Azərbaycan tərəfindən sistematik şəkildə məhv edilməsi faktlarını dini dözümsüzlüyün və nifrətin parlaq təzahürü kimi qeyd edib.
Səfir 2020-ci ildə Dağlıq Qarabağa qarşı müharibə zamanı və ondan sonra Şuşidəki Müqəddəs Amenaprkiç (Xilaskar) Kafedralının hədəfə alınmasına və təhqir olunmasına, eləcə də bir çox digər erməni mənəvi abidələrinin dağıdılmasına diqqət çəkərək, Naxçıvanın erməni irsinin tamamilə məhv edilməsi faktlarını da vurğulayıb.
Səfir Nersesyan həmçinin diqqəti Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycana vandalizm və erməni mədəni irsinin təhqir olunması aktlarının qarşısını almaq və cəzalandırmağı tapşıran (7/12/2021) qərarının icrasına Azərbaycanın etinasızlığına diqqət çəkib.