Ermənistan Respublikasının Parlamentinin sədri Aıen Simonyan Yaponiyanın fövqəladə və səlahiyyətli səfiri Fukuşima Masanorini qəbul etdi.
Görüş zamanı tərəflər ölkələrimiz arasında çoxsahəli əməkdaşlığı müzakirə etdilər.
“Yaponiya bizim üçün mühüm tərəfdaşdır və Ermənistan ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsində, Yaponiya investisiyalarının ölkəmizə cəlb edilməsində, təhsil sahəsində tələbə mübadiləsi proqramlarının həyata keçirilməsində, yüksək texnologiyalar, səhiyyə, turizm və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır”,- deyə Alen Simonyan qeyd etdi.
Tərəflər həmçinin regional sülh və təhlükəsizliyi ilə bağlı məsələləri də müzakirə ediblər.