Ermənistan və Türkiyə arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr son görüşdə Türkiyə ilə Ermənistan arasında quru sərhədinin üçüncü ölkə vətəndaşlarının keçməsi üçün açılması və Türkiyə ilə Ermənistan arasında havadan yük daşınmalarının başlaması barədə razılığa gəliblər.
Bunu hökumət iclasında ER Baş naziri Nikol Paşinyan bildirib.
“İndi Türkiyə ilə bizim müvafiq qurumlarımızın birgə işləməsi çox vacibdir, çünki siyasi razılaşma bir razılaşmadır və bunun həyata keçirilməsi məhz işdən aslıdır. Mənim tapşırığım koordinasiyalı işləmək və mümkün qədər tez zamanda əldə olunan razılaşmaları icra etməkdir”,-deyə Paşinyan qeyd etdi.