Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin Yekaterinburqda keçirilən İNNOPROM XII beynəlxalq sənaye sərgisindəki Ermənistan pavilyonunu ziyarət edib. Bu barədə ER İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Rusiya Baş nazirini ER iqtisadiyyat naziri Vahan Kerobyan qarşılayıb. O, iqtisadiyyatın prioritet sahələri barədə məlumat verib, Ermənistanın “SmartTechnologies”, profAL, Yerevan zərgərlik fabrikinin məhsullarını, eləcə də Gümrüdəki “Quru liman” layihəsini təqdim edib.
Tərəflər əməkdaşlığın vacibliyini vurğuladılar.