İyulun 4-də Ermənistan Respublikasının Misirdəki səfiri Hraçya Poladyan əl-Əzhərin ali imamı Əhməd Məhəmməd ət-Tayib ilə görüşüb. Bunu Ermənistanın Misirdəki səfirliyi bildirdi.
Tərəflər Matenadaranın ərəb dilində və ərəb hərfləri ilə yazılmış minlərlə əlyazmalarının araşdırması və mühafizəsi məqsədilə Matenadaran Muzey-İnstitutu ilə əl-Əzhər Universiteti arasında əməkdaşlığın qurulması barədə razılığa gəliblər.
Ermənistan səfiri və ali imam Ermənistan-Misir dostluq əlaqələrinin tarixinə də toxunaraq, erməni icmasının təkcə ikitərəfli münasibətlərdə deyil, həm də Misirin dövlət quruculuğundakı rolunu vurğulayıblar.