Yevlaxın Salahlı kənd sakini Rəvan Zeynalabdin oğlu Tağıyevin Laçında həlak olduğu deyilir. Bu barədə Meydan TV-yə kənd sakinləri məlumat verib.
“Tam necə olub, hələ bilmirik. Boğazından güllə ilə vurulub”, – deyə bildiriblər.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Eyvazov Meydan TV-yə bildirib ki, məsələ araşdırılır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsinin adının çəkilməsinin istəməyən əməkdaşı da Rəvan Tağıyevin ölümünü təsdiqləsə də, səbəbləri barədə heç nə bilmədiyini deyib.
“Hazırda adamlar əsgərin dəfninə gedib. Ekspertizanın cavabı olmadan heç nə deyə bilmərəm”, – deyə o bildirib.