ABŞ NATO-dan öz geosiyasi gündəmi üçün alət kimi istifadə edərək Soyuq Müharibə dövründəki qarşıdurmanı bərpa edir. Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirdi.
“Biz soyuq müharibəyə qayıtmaq istəmirik. NATO bizi buna məcbur edir”, - deyə diplomat qeyd etdi.
Onun sözlərinə görə, Qərb ölkələrindən fərqli olaraq, Rusiya hərbi bazalarının sayını artırmır, alyans ölkələrini öz qoşunları ilə mühasirəyə almır və “raketlərinin yerləşdirilməsi ilə bağlı Kuba ilə danışıqlar aparmır”.