UNESKO bu həftə Ukraynaya texniki missiya göndərəcək. Bu barədə təşkilatdan bildirilib.
“Ukraynanın ehtiyaclarını və gözləntilərini müəyyənləşdirmək məqsədilə bu həftə Kiyevə texniki missiya göndəriləcək”, - UNESKO-dan qeyd olunub.
Məlumata görə, müharibə başlayandan bəri UNESKO Ukraynaya donor dövlətlərlə əməkdaşlıq çərçivəsində 5 milyon dollar yardım ayırıb.