Rusiya nümayəndə heyəti ATƏT Parlament Assambleyasının (PA) tərkibindən çıxmır.
Bunu Federasiya Şurasının Beynəlxalq Komitəsinin sədr müavini, Rusiyanın ATƏT PA-dakı nümayəndə heyəti rəhbərinin müavini Vladimir Cabarov bildirib.
“Kimsə bizim ATƏT PA-dan çıxacağımızı arzu edirsə, ciddi səhv edir. Çünki bu gün Rusiya ATƏT-in təsisçi ölkələrindən biridir”, - Vladimir Cabarov qeyd edib.
O, bu baxımdan Rusiyanın sonradan üzv olduğu Avropa Şurası Parlament Assambleyası ilə ATƏT PA arasında fərq qoyduğunu əlavə edib.