Ermənistan Respublikasının Prezidenti Vahaqn Xaçaturyan Konstitusiya Günü münasibətilə təbrik ünvanlayıb. Qeyd olunur ki, 5 iyul Konstitusiya Günü Ermənistan Respublikasının ən mühüm bayramlarından biridir.
“Konstitusiya sadəcə dövlətimizin ana qanunu və simvolu deyil, həm də dövlətçiliyimizin müstəqilliyinin, vətəndaşlarımızın azadlıqlarının, ictimai münasibətlərin sabitliyinin əsas təminatçısıdır.
1995-ci ildən başlayaraq Konstitusiyamız müxtəlif sınaqlardan çıxıb, lakin bütün hallarda Konstitusiya dövlət quruluşunun balans oxu olub və olmaqla qalır.
Əziz həmvətənlər, bu əhəmiyyətli bayram münasibətilə hamımızı təbrik edirəm”.