Belarus nümayəndə heyəti iyulun 2-6-da Birmingemdə (Böyük Britaniya) keçirilən ATƏT Parlament Assambleyasının 29-cu sessiyasında iştirak etmək üçün viza almayıb. Bu barədə Belarus Nümayəndələr Palatasının beynəlxalq məsələlər daimi komissiyasının sədri Andrey Savinix bildirib.
“Biz lazımi vaxtda viza almaq üçün Britaniya tərəfinin müraciət etdik. Lakin onlar bizə anlaşılmaz yalan bəhanələrlə viza vermədilər”, - deyə Savinix bildirib.
Bundan əvvəl Belarus nümayəndə heyəti ATƏT PA-nın Vyanada keçiriləcək sessiyasında iştirak etmək üçün viza almayıb.