Tehranda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
Bunu İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra jurnalistlərə deyib.
O bildirib ki, üçtərəfli görüşün vaxtı bu gün C.Bayramov ilə müzakirələrdə müəyyənləşəcək və açıqlanacaq.