Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə Azərbaycan Prezidenti Əliyev arasında telefon danışığı olub, söhbət zamanı Brüsseldə son iclasın gündəliyindəki bütün məsələlər müzakirə olunub.
Mişel özünün Twitter mikrobloqunda vurğulayıb ki, Avropa İttifaqı üçün Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və sülhün bərqərar olması vacibdir və bu struktur Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və nəqliyyat, kommunikasiya yollarının açılması üçün səylər göstərir.
“Biz humanitar, kommunikasiya və sərhəd məsələlərinin, eləcə də gələcək sülh sazişinin həllinə yardım etməyə davam edəcəyik”- deyə Mişel yazıb.