İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Suriyaya səfər edəcək.
Bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani bildirdi.
O qeyd etdi ki, nazir regional səfər çərçivəsində 2 iyulda Suriyaya səfər edəcək. Səfərdən məqsəd ikitərəfli əlaqələrinin inkişafı, regional və beynəlxalq məsələlərin müzakirəsidir.