İyulun 1-də Ermənistan Respublikasının Yunanıstandakı fövqəladə və səlahiyyətli səfiri Tiqran Mkrtçyan Yunanıstan Respublikasının Ombudsmanı Andreas Potakis ilə görüşüb. Bu barədə ER Yunanıstandakı səfirliyi məlumat yayıb.
Görüş zamanı tərəflər iki ölkə arasında məhkəmə, hüquq və insan hüquqlarının müdafiəsi sahələrində əməkdaşlığa dair bir sıra məsələləri müzakirə ediblər.
Tərəflər institutlar arasında təcrübə mübadiləsinin, qarşılıqlı səfərlərin, əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.
Görüş zamanı Ermənistan Respublikası və Yunanıstanın Ombudsman İnstitutları arasında əlaqələrin dərinləşdirilməsinin zəruriliyi qeyd olunub.