İyulunun 1-də Vyanda Ermənistanın və Türkiyənin xüsusi nümayəndələrinin növbəti görüşü olub.
Tərəflər Ermənistan-Türkiyə quru sərhədinin iki ölkəyə səfər edən üçüncü ölkə vətəndaşlarının keçməsi üçün ən qısa zamanda açılması barədə razılığa gəliblər və bununla bağlı lazımi prosesin başlanmasına qərar verilib.
Həmçinin Ermənistan-Türkiyə havadan yük daşınmalarının mümkün qədər tez başlaması barədə razılıq əldə olunub.
Bundan əlavə, iki ölkə arasında tam nizamlanmanın yekun məqsədinə nail olmaq üçün atıla biləcək digər mümkün konkret addımlar müzakirə edilib.