NATO rəhbərliyi İsveç və Finlandiyanın alyansa daxil olması haqqında protokolu iyulun 5-də imzalayacaq.
Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.
“Biz qəbul barədə protokolun rəsmi imzalanmasını çərşənbə axşamı günü Finlandiya və İsveç XİN başçılarının iştirakı ilə keçirəcəyik”, - Baş katib belə deyib. O, həmçinin qeyd edib ki, NATO liderləri bu ölkələri alyansa dəvət etmək qərarını iyunun 29-da, təşkilatın sammitində qəbul ediblər.
İyunun 28-də Türkiyə İsveç və Finlandiyanın NATO-ya dəvət edilməsinə qarşı etirazını geri götürüb.
İndi tərəflər qəbulun şərtlərini razılaşdırmalıdır. İsveç və Finlandiya alyansa o vaxt qəbul edilə bilər ki, NATO üzvü olan bütün ölkələrin parlamentləri bu qərarı ratifikasiya etsinlər.