2022-ci il iyulun 1-də “Eş Atid” partiyasının lideri Yair Lapid İsrailin yeni baş naziri olub.
Yair Lapid 25-ci Knessetə noyabrın 1-də keçiriləcək seçkilərdən sonra yeni koalisiya qurulana qədər baş nazir vəzifəsini icra edəcək. İyulun 3-də onun başçılıq etdiyi hökumətin ilk iclası keçiriləcək.
İyunun 30-da Qüds şəhərində hökumət başçısının ofisində müddəti başa çatan Baş nazir Naftali Bennetin səlahiyyətlərinin Yair Lapidə ötürülməsi mərasimi keçirilib.