Türkiyə ilə danışıqlarda Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan qeyd etdi ki, proses başlayandan bəri Ermənistan çox konstruktivdir.
“Prosesin uğuru Türkiyənin müvafiq konstruktivliyindən və siyasi iradəsindən asılıdır. Gördüyünüz kimi, hələlik o qədər də irəliləyiş yoxdur”,- deyə Rubinyan qeyd etdi.
Xüsusi nümayəndələri arasında növbəti görüşünə toxunan Rubinyan qeyd etdi ki, Türkiyənin Yerevanda görüşün keçirilməsi təklifi türk tərəfdaşların bu prosesi həqiqətən ikitərəfli proses kimi görmək istəməsini nəzərdə tutur, lakin bu kontekstdə Türkiyənin müxtəlif rəsmilərinin bu prosesi Azərbaycanla koordinasiya etdikləri və ya razılaşdıqları barədə bəyanatları çox qəribədir.