İyunun 30-da Yerevanda Ermənistan Respublikasının və Serbiya Respublikasının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Ermənistan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan, Serbiyanın xarici işlər naziri Nemanya Staroviç başçılıq edib.
Tərəflər Ermənistan və Serbiya arasında mövcud siyasi dialoqun yüksək səviyyədə olduğunu qeyd edərək, Ermənistan-Serbiya dostluq münasibətlərinin dərinləşdirilməsi, dövlətlərarası əlaqələrin möhkəmləndirilməsi imkanlarını və əməli addımlarını müzakirə ediblər.
Məsləhətləşmələr zamanı bir sıra beynəlxalq və regional məsələlərə toxunulub. Ermənistanın Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasına yönəlmiş addımlarına toxunulub. Ermənistan tərəfi Azərbaycanın başlatdığı 44 günlük müharibə nəticəsində yaranmış humanitar problemlər kontenkstində erməni hərbi əsirlərin, girovların və digər saxlanılan şəxslərin vətənə qaytarılmasının zəruriliyini, habelə Azərbaycanın nəzarəti altına keçmiş ərazilərdə erməni mədəni və dini irsinin qorunub saxlanmasını vurğulayıb.
Məsləhətləşmələrin sonunda Serbiya nümayəndə heyətini ER xarici işlər naziri Ararat Mirzoyan qəbul edib.