ER XİN başçısı Ararat Mirzoyan Kanadanın xarici işlər naziri Melani Colinin bəyanatına resaksiya verib.
“Biz Kanadanın Ermənistanda səfirlik açmaq və səfir təyin etmək qərarını alqışlayırıq. Bu, inkişaf etməkdə olan Ermənistan-Kanada münasibətləri kontekstində atılan addımdır və ümumi dəyərlərə əsaslanan ikitərəfli əməkdaşlığımızı daha da gücləndirəcək”,-deyə Mirzoyan tviterdə yazdı.
Xatırladaq ki, dünən Ararat Mirzoyanla Melani Coli arasında telefon danışığı olub. NATO-nun Madriddə keçirilən sammiti çərçivəsində mətbuat konfransı zamanı Kanadanın xarici işlər naziri Melani Coli bəyan edib ki, Kanada Ermənistanda səfirlik açmağı planlaşdırır.