İyunun 30-da Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan Parlamentin iclasında Artsax Prezidentinin 2021-ci il proqramının həyata keçirilməsi prosesini, nəticələri, eləcə də 2022-ci il tədbirlər proqramını təqdim edərək illik məruzə ilə çıxış etmişdir.
Ölkə Prezidenti respublikanın həyatının müxtəlif sahələrində görülən işlərə yekun vurdu, təhlükəsizlik, xarici və daxili siyasi, sosial-iqtisadi prioritetləri və görüləcək işləri açıqladı.
Artsax prezidenti öz çıxışında qeyd etdi ki, 2021-ci il ölkə üçün müharibənin nəticələrinin aradan qaldırılması, normal həyatın bərpası, təhlükəsizliyin bərpası ili idi və Artsax hökuməti öz insanmərkəzli siyasətini davam etdirərək, əsas diqqəti hərbi əməliyyatların nəticələrinin yumşaldılmasına, əhalinin həyati problemlərinin həllinə və sosial-psixoloji dəstəyin göstərilməsinə yönəldib.
2022-ci ildə görüləcək işlərə toxunan Arayik Harutyunyan vurğuladı ki, Artsax hökuməti Artsaxın təhlükəsizliyinə və sosial-iqtisadi inkişafına yönəlmiş işlərini ardıcıl olaraq davam etdirir.
Çıxışdan sonra ölkə prezidenti Parlamentin deputatlarının suallarını cavablandırıb, ayrı-ayrı sahələrdə həyata keçirilən və nəzərdə tutulan proqramlara aydınlıq gətirib.
Sonra Artsax Prezidenti Parlamentin plenar iclası çərçivəsində qanunverici-icraedici sual-cavab prosedurunda iştirak edib.