Brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistin Şimal-Cənub nəqliyyat dəhlizinin aktuallaşması ilə bağlı sualını cavablandırıb.
"Biz həmişə vurğulamışıq ki, Cənubi Qafqazda bütün nəqliyyat kommunikasiyalarının və iqtisadi əlaqələrin açılması müsbət tendensiyaların möhkəmlənməsinə və son nəticədə regionda vəziyyətin sağlamlaşmasına xidmət edir. Üç ölkənin liderləri arasında müvafiq razılaşmaların həyata keçirilməsi Bakı ilə Yerevan arasında münasibətlərinin hərtərəfli tənzimlənməsini təmin etməyə imkan verəcək"- deyə Zaxarova vurğulayıb.