İspaniyanın paytaxtı Madriddə NATO liderlərinin Sammiti öz işinə başlayıb. Sammitdə alyansa üzv 30 ölkənin liderləri qatılıb.
Sammitdə Rusiya-Ukrayna müharibəsi, İsveç və Finlandiyanın üzvlüyü, NATO-nun yaxın onilliklər üçün stratreji konsepsiyasının qəbulu, şərq cinahının gücləndirilməsi və Çinin apardığı siyasətlə bağlı müzakirələr aparılacaq.