ER Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Parisdə Fransa Respublikası Prezidenti Emanuel Makronun diplomatik müşaviri İzabel Dyumon ilə görüşüb.
Görüşdə regionda sülhün bərqərar olması və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərə toxunulub. Bu kontekstdə Təhlükəsizlik Şurasının katibi regional sülhün bərqərar olması üçün erməni tərəfinin gündəliyini təqdim edib.
Həmsöhbətlər Ermənistan-Fransa təhlükəsizlik və iqtisadi əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparıblar.