Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan bildirdi ki, Ermənistan və Türkiyə xüsusi nümayəndələri Ruben Rubinyan və Sərdar Kılıç arasında növbəti görüş iyulun 1-də Vyanada keçiriləcək.
"Ermənistan-Türkiyə normallaşma prosesində Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin növbəti görüşü iyulun 1-də Vyanada baş tutacaq",- deyə o bildirdi.