ER Baş naziri Nikol Paşinyan Misir Ərəb Respublikasının Ermənistandakı səfiri Bahaa El Din Bahqat Disukini qəbul edib.
Baş nazir Ermənistan-Misir siyasi dialoqunun hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib və iqtisadi sahədə əməkdaşlığın inkişafına yönəlmiş ardıcıl addımların həyata keçirilməsinin vacibliyini qeyd edib.
Bununla bağlı Nikol Paşinyan iki ölkə hökumətləri tərəfindən konkret proqram və ideyaların müzakirəsi və həyata keçirilməsini, ikitərəfli münasibətlərin gündəliyinin genişləndirilməsini vurğulayıb.
Öz növbəsində, Bahaa El Din Bahqat Disuki qeyd edib ki, Misir hökuməti Ermənistanla müxtəlif istiqamətlərdə münasibətləri inkişaf etdirməkdə maraqlıdır.
Söhbət zamanı aviyasiya əlaqəsi, turizm və iqtisadiyyatın digər sahələrində əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.