ER Baş nazirinin müavini Mher Qriqoryan Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədr müavini Aleksey Qordeyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı Ermənistan-Rusiya ikitərəfli ticari-iqtisadi əlaqələrinin inkişafı ilə bağlı məsələlər müzakirə olunub.
Hər iki tərəf mümkün birgə əməkdaşlıq layihələri çərçivəsində kənd təsərrüfatı və sənaye sahələrində əməkdaşlığın, eləcə də bu sahələr üzrə mütəxəssislərin təcrübə mübadiləsinin və elmi potensialın tam şəkildə reallaşdırılmasının vacibliyini vurğulayıblar.