G7 liderlərinin növbəti Sammiti Yaponiyada keçiriləcək.
G7 liderlərinin Almaniyada keçirilən Sammitinin yekun kommunikesində bildirilib: "Biz Yaponiya Baş nazirinin 2023-cü ildə Xirosimada növbəti Sammitimizə ev sahibliyi etmək təklifini alqışlayırıq".
Yaponiyanın "Kyodo" agentiyi isə hökumət mənbəsinə istinadən yazıb ki, növbəti Sammit 19-21 mayda baş tutacaq.