İyunun 27-də Afinada işgüzar səfərdə olan ER xarici işlər naziri Ararat Mirzoyan Yunanıstan prezidenti Katerina Sakellaropulu ilə görüşüb.
Ararat Mirzoyan və Katerina Sakellaropulu bu il Ermənistan və Yunanıstan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğunu vurğulayaraq qeyd etdilər ki, erməni və yunan xalqları arasında ənənəvi dostluğa əsaslanan dövlətlərarası münasibətlər yüksək səviyyədədir.
Bu kontekstdə hər iki tərəf rəsmi təmasların və qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyini qeyd ediblər. Görüş zamanı Ermənistan-Yunanıstan-Kipr əməkdaşlığının səviyyəsinə də toxunublar.
Ararat Mirzoyan Yunanıstan Prezidentinə Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyəti, regional sülhün bərqərar olmasına yönəlmiş proseslərlə bağlı erməni tərəfinin mövqeyini təqdim edib.
Tərəglər ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin irəliləyişində fundamental vasitəçilik rolunu vurğuladılar.
Ararat Mirzoyan 44 günlük müharibə zamanı Yunanıstanın erməni xalqına dəstəyini, xüsusilə də göstərilən humanitar yardımına əhəmiyyət verib.